"Ailəm və məktəbim"

30 may 2025-ci il tarixdə məktəbin 1b sinif müəllimi Samirə Almuradlının təşəbbüsü ilə "Ailəm və məktəbim" layihəsi çərçivəsində məktəbin həyətində ağacəkmə aksiyası təşkil olundu.
Valideyn və şagirdlərin birgə fəaliyyətə cəlb olunmasını məqsəd götürən aksiya zamanı məktəbin həyətində müxtəlif növ ağac və gül tingləri əkildi, eyni zamanda ağaclara quşlar üçün xüsusi yuvalar vuruldu. Tədbirdə 1b sinif şagirdləri və onların valideynləri ilə yanaşı, məktəb rəhbərliyi də iştirak etdi.
Bu cür tədbirlər şagirdlərdə təbiətə qayğı hissinin formalaşmasına, ailə-məktəb əməkdaşlığının möhkəmləndirilməsinə xidmət edir.