Pedaqoji şuranın iclası keçirildi

30 may 2025-ci il tarixdə pedaqoji şuranın növbədənkənar iclası keçirildi. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi. Həmçinin, böyük summativ qiymətləndirmənin təşkili və keçirilməsi qaydaları, "Son zəng" tədbirinin təşkili ilə bağlı görüləcək işlər, elektron jurnalın düzgün və vaxtında yazılması məsələləri müzakirə olundu. Təlim -tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov isə hesabatların yazılması ilə bağlı tövsiyələr verdi. Pedaqoji heyət təklif və fikirlərini səsləndirdi, müvafiq məsələlər üzrə qərarlar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi