M.Ə.Sabir 163 il

30 may 2025-ci il tarixdə məktəbin akt zalında M.Ə.Sabirin anadan olmasının 163-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Məktəbin 3ç sinif müəllimi Çimnaz Muradovanın təşkil etdiyi tədbirdə şagirdlər M.Ə.Sabirin həyatı və yaradıcılığı haqqında məlumatlar verdilər, şairin şeirlərini səsləndirdilər və onun maarifçi ideyalarının bu gün də aktuallığını əks etdirən səhnəciklər nümayiş etdirdilər.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxışında M.Ə.Sabirin Azərbaycan ədəbiyyatındakı rolunu, maarifçilik sahəsindəki fəaliyyətini vurğuladı və belə tədbirlərin şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynadığını qeyd etdi. Qeyd edək ki, məktəbimiz 40 ildən çoxdur görkəmli şairin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi