Açıq havada dərs təşkil olundu

27 may 2025-ci il tarixdə məktəbin biologiya müəllimi Vəsilə Muradlı 8a sinif şagirdləri ilə birlikdə "Suveren dövlətin ekoloji dəyərləri" layihəsi çərçivəsində "İqlim və təbiət dəyişikliyi" mövzusunda açıq havada dərs təşkil etdi. Dərsin əsas məqsədi şagirdlərin əyani şəkildə ətraf mühitdə baş verən təbii prosesləri müşahidə etməsi, onların praktiki bilik və bacarıqlarını inkişaf etdirməkdir. Dərs zamanı şagirdlər qruplarla iş gördülər, müxtəlif mövzular üzrə stansiyalar yaratdılar. Hər bir stansiyada şagirdlər müşahidə etdikləri təbii proseslərə dair təqdimatlar hazırladılar. Dərs şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi