"Azadlığın səsi"

26 may 2025-ci il tarixdə məktəbin 6b sinif rəhbəri Günay Məhərrəmova "28 may - Müstəqillik Günü" ilə əlaqədar “Azadlığın səsi” adlı tədbir təşkil etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin davamında şagirdlər Azərbaycanın istiqlal tarixi, milli dəyərləri və dövlət müstəqilliyinin əhəmiyyəti barədə təqdimatlarla çıxış etdilər. Həmçinin, şagirdlər Azərbaycana həsr olunmuş şeirlər səsləndirdilər, səhnəcik nümayiş etdirdilər, vətənpərvərlik ruhunda mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi