Maarifləndirici görüş keçirildi

23 may 2025-ci il tarixdə məktəbin həkimi Ruxsarə Quliyeva şagirdlərlə "İlkin tibbi yardım" mövzusunda maarifləndirici söhbət apardı. Tədbirin məqsədi şagirdlərin fövqəladə hallarda ilkin tibbi yardım göstərmək bacarıqlarını artıqmaqdır. Söhbət zamanı şagirdlərə müxtəlif qəza və təcili tibbi vəziyyətlərdə ilkin yardımın əhəmiyyəti, yanıqlar, sınıqlar və huşun itirilməsi kimi hallarda görülməsi vacib olan ilkin tədbirlər əyani şəkildə nümayiş etdirildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.