Şagirdimizin uğuru

Məktəbin 7b sinif şagirdi Ayla Abdullazadə “Zəkalı beyinlər” adlı intellektual bilik yarışmasında yüksək nəticə göstərərək ikinci yerə layiq görülmüşdür.
Yarış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi və Müasir Təhsil və Tədqiqatlara Dəstək Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında təşkil olunmuşdur.
Şagirdimizi bu uğuru münasibətilə təbrik edir, ona gələcək təhsil həyatında yeni nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi