Müəllim uğuru

AzEdu.az Təhsil Portalı və “Azərbaycan müəllimi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi – 2024” müsabiqəsinin TOP-100 müəllim siyahısı açıqlanıb.
Müsabiqənin məqsədi motivasiyaverici həyat yolu keçmiş, maarifçilik missiyasını uğurla yerinə yetirən, cəmiyyətə faydalı töhfələr verən müəllimlərin tanıdılması və onların təcrübəsinin geniş auditoriyaya çatdırılmasıdır.
Fəxr edirik ki, məktəbimizin ibtidai sinif müəllimi Təranə Ağabəyova müsabiqədə uğurla iştirak edərək "Top-100"lüyə daxil olub.
Bu nailiyyət müəllimimizin peşəkarlığının, fədakarlığının və innovativ tədris metodlarına sadiqliyinin bariz nümunəsidir. Təranə müəllimi bu münasibətlə təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi