Monitorinq keçirildi

17-18 may 2025-ci il tarixlərində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üçün IV və VI siniflərdə monitorinq keçirildi. IV sinif şagirdlərinə 150 dəqiqə ərzində tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual, VI sinif şagirdlərinə isə 180 dəqiqə ərzində tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Monitorinq