“Dəyərlərimizi qoruyaq”

11 may 2025-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Çimnaz Muradova 3ç sinif şagirdləri ilə birlikdə Elm və Təhsil Nazirliyinin “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində ekskursiyada oldular. “Qobustan Milli Tarix-Bədii Qoruğu”na təşkil olunan ekskursiyada şagirdlər qoruqda yerləşən qədim qayaüstü rəsmlərlə tanış olub, Azərbaycan tarixinin izlərini daha yaxından müşahidə etdilər. Ekskursiyanın məqsədi şagirdlərin tarixi-mədəni abidələrimiz haqqında məlumatlarını genişləndirmək, milli-mənəvi dəyərlərimizin qorunması və öyrənilməsindən ibarətdir. Ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də maraqlı oldu. #Dəyərlərimiziqoruyaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi