“Dəyərlərimizi qoruyaq”

03 may 2025-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Sevinc Həşimova 1a sinif şagirdləri ilə birlikdə Elm və Təhsil Nazirliyinin “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində ekskursiyada oldular. "İçərişəhər tarixi memarlıq-qoruğu","Qız qalası" və "Şirvanşahlar saray kompleksi"nə təşkil olunan ekskursiyada şagirdlər komplekslərdə yerləşən eskponatlarla yaxından tanış oldular. Ekskursiyanın məqsədi şagirdlərin tarixi-mədəni abidələrimiz haqqında məlumatlarını genişləndirmək, milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsindən ibarətdir. Ekskursiya şagirdlərin marağına səbəb oldu. #Dəyərlərimiziqoruyaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi