Şagirdlərimizin uğuru

5-6 may 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə” həsr olunmuş Abad məhəllələrarası voleybol komandaları arasında keçirilən turnirə yekun vurulub. Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışlarda ümumilikdə 1200-ə yaxın gənc idmançının heyətlərində yer aldığı 120 komanda iştirak edib. Yarış respublika dərəcəli hakimlərin iştirakı ilə təşkil edilib.

Məktəbimizin “Komando” komandası da yarışda iştirak etmiş və qalib gələrək III yerin sahibi olmuşlar. Şagirdlərimiz Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Məktəbimizin fiziki tərbiyə müəllimi və komanda rəhbəri Fərat Əsədovu, komanda üzvlərini təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi