Şagirdlər ekskursiyada

27 aprel 2025-ci il tarixdə məktəbin 1ç sinif müəllimi Rövşanə Cəfərova şagirdləri ilə birlikdə Bakı Zooloji Parkına ekskursiya etdilər. Dərs-ekskursiyanın məqsədi həyat bilgisi fənni ürzə "Canlı və cansız təbiət" mövzusunu şagirdlərə daha dərindən aşılamaq idi. Şagirdlər dərs-ekskursiya zamanı "Canlı və cansız təbiət"lə daha yaxından tanış oldular.
Burada şagirdlər həmçinin, müxtəlif heyvanları yaxından müşahidə etdilər, onların yaşayış şəraiti və qidalanmaları haqqında məlumat topladılar. Bu maraqlı gəzinti dərsi daha əyani və yaddaqalan etdi.