Xüsusi dərs keçirildi

21 aprel 2025-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Xəlilova 5c sinfində Azərbaycan dili dərsində "İdman və sağlamlıq" mövzusunda xüsusi dərs təşkil etdi. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, psixoloq Günay Məstiyeva, biologiya müəllimi Yeganə Əliyeva, fiziki tərbiyə müəllimləri Sima Əliyeva və Fərat Əsədov iştirak etdilər. Şagirdlər təbiət dərsində əldə etdikləri biliklərlə Azərbaycan dili fənninə fənlərarası inteqrasiya etdilər. Orqanların funksiyası, insan orqanizmi üçün hansı rolu oynadığını izah etdilər. Daha sonra Fərat Əsədov fiziki məşqlərin qan-damar, mədə-bağırsaq və tənəffüs sisteminə təsirindən danışdı. Dərs şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi