Voleybol yarışı keçirildi

18 aprel 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən “Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə” həsr olunmuş Abad məhəllələrarası voleybol komandaları arasında Sabunçu rayon turniri keçirildi. Yarışın qalibi məktəbimizin “Komando” komandası oldu. Şagirdlərimizə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olundu. Komandamızı təbrik edirik və növbəti mərhələdə uğurlar arzulayırıq.