Dərsdinləmələr keçirildi

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisini öyrənmək məqsədilə dərsdinləmələr keçirilir. Dərsdinləmələr məktəbin direktoru Venera Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov və fənn müəllimlərinin iştirakı ilə keçirilir. İbtidai siniflərdə riyaziyyat fənninin dərsdinləmələrinin aparılmasında məqsəd yuxarı siniflərə qalxdıqca şagirdlərin riyaziyyat fənnini daha dərindən mənimsənilməsini təşkil etməkdən ibarətdir. Dərsdinləmə keçirildikdən sonra dərslərin müzakirəsi təşkil olunur və müəllimlərə müvafiq metodik tövsiyələr verilir.