Maarifləndirici görüş keçirildi

14 aprel 2025-ci il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva və məktəbin həkimi Ruxsarə Quliyeva IX sinif şagirdləri ilə "Yeniyetmənin sirləri" mövzusunda maarifləndirici görüş təşkil etdilər. Görüşdə reproduktiv sağlamlıq yeniyetmənin fiziki, psixoloji və bioloji inkişafı, yeniyetməlik dövrünün əsas əlamətləri, bədəndə olan dəyişikliklər barədə söhbət aparıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.