Vətəndaş qəbulu günü

ELAN!
Hörmətli valideynlər və vətəndaşlar!
Məktəbdə elektron sistemlər və təhsil prosesinə dair suallarınızın cavablandırılması məqsədilə hər həftənin çərşənbə və cümə günləri, saat 14:00-dan 16:00-dək məktəbin direktoru tərəfindən vətəndaş qəbulu təşkil olunacaq.
Qəbul zamanı aşağıdakı mövzular üzrə suallar cavablandırılacaq:
I sinfə hansı yaş uşaqlar qəbul edilir?
I sinfə şagird qəbulu hansı formada aparılır?
Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
Məktəbəhazırlıq qruplarına qəbul hansı formda həyata keçirilir?
Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim tərbiyəyə cəlb edilə bilərmi?
I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
Hansı halda şagird buraxılış imthanalarında iştirak edə bilmir?
Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
X sinfə şagird qəbulu hansı formada aparılır?
Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?
Maraqlanan şəxslər göstərilən tarixlərdə məktəbə yaxınlaşa bilərlər.
MÜDİRİYYƏT