Şagirdlər ekskursiyada

Şagirdlərin istirahət günlərini səmərəli və maraqlı təşkil etmək məqsədilə məktəbin 1ç sinif müəllimi Rövşanə Cəfərova şagirdləri ilə birlikdə Dövlət Bayrağı Muzeyinə ekskursiya etdilər. Muzey bələdçiləri şagirdlərə Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi, simvolik mənası və bayrağın milli rəmz kimi xalqımız üçün əhəmiyyəti haqqında ətraflı məlumat veriblər. Ekskursiya şagirdlərin marağına səbəb oldu.