Konqresdə iştirak

12 aprel 2025-ci il tarixdə məktəbimizin ibtidai sinif müəllimi Təranə Ağabəyova Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Psixoloqlarının I Konqresində iştirak etdi. Tədbirdə dövlət rəsmiləri, akademik dairələrin tanınmış nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti təmsilçiləri və psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Konqres çərçivəsində psixologiya elminin müxtəlif istiqamətlərini əhatə edən panel müzakirələri keçirilib. Bu müzakirələrdə psixologiyanın təhsildə rolu, tətbiqi psixologiyanın imkanları və metodoloji yanaşmalar, tədqiqatlar geniş şəkildə təhlil olunub. Müzakirələrdə tanınmış alimlər və praktiki psixoloqlar iştirak edərək sahənin aktual problemləri və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, T.Ağabəyova Psixologiya Elmi-Tədqiqat İnstitutunun tələbəsidir. Müəllimimizə uğurlar arzu edirik.