Aprel döyüşləri - şanlı Zəfərin başlanğıcı

04 aprel 2025-ci il tarixdə "Aprel döyüşlərinin" 9-cu ildönümü ilə əlaqədar məktəbin hərbi rəhbəri Marif Tağıyev xüsusi dərs təşkil etdi. Marif Tağıyev dərs müddətində şagirdlərə Aprel döyüşlərinin tarixi barədə ətraflı məlumat verdi. O vurğuladı ki, 2016-cı ilin 1-4 aprel tarixlərində gedən döyüşlərdə Ermənistan ordusu üzərində qazanılan qələbə tarixi Zəfərə gedən yolun başlanğıcı oldu. Bu döyüşlər rəşadətli ordumuzun hansı imkanlara, gücə, qüdrətə, döyüş qabiliyyətinə malik olduğunu nümayiş etdirdi. Dörd günlük müharibə 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi və qələbə paradı ilə yekunlaşdı. Dərsin davamında şagirdlərin çıxışında təqdimatlar dinlənildi.