Maarifləndirici görüş keçirildi

03 aprel 2025-ci il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva, məktəbin həkimi Ruxsarə Quliyeva VIII-IX sinif şagirdləri ilə Elm və Təhsil Nazirinin müvafiq əmrinə əsasən “Sağlam nəsil-parlaq gələcək” layihəsi ilə əlaqədar "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları" mövzusunda maarifləndirici seminar təşkil etdilər. Günay Məstiyeva şagirdlərə narkotik maddələrin ziyanı, narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verdi. O vurğuladı ki, hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə və idmana yönəltməlidir. Həkim Ruxsarə Quliyeva çıxışında insan sağlamlığına zərər verən vərdişlərdən uzaq olmağın vacibliyindən danışdı . Daha sonra mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırıldı, şagirdlərin iştirakı ilə müzakirələr aparıldı.

#SağlamNəsilParlaqGələcək