8 Mart-Beynəlxalq Qadınlar Günüdür

07 mart 2025-ci il tarixdə "8 Mart-Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva müəllimləri və valideynləri bayram münasibətilə təbrik etdi. Venera Mustafayeva bildirdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Məktəbin 4c sinif müəllimi Rəna Xudayevanın təşkil etdiyi tədbirin davamında şagirdlər anaları vəsf edən şeirlər, mahnılar səsləndirdilər, rəqslər nümayiş etdirdilər.