"İdman həftəsi" layihəsi keçirilir

4-10 mart tarixlərində "5 Mart Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar Elm və Təhsil Nazirinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində "İdman həftəsi" layihəsi keçirilir.
Layihə çərçivəsində 07.03.2025-ci il tarixdə idman həftəsinin dördüncü günündə məktəbin fiziki tərbiyə müəllimi Tünzalə Əbdülrəhimova və Sima Əliyeva 7ç sinif şagirdləri arasında “Şən startlar" estafet yarışı təşkil etdi.