Maarifləndirici görüş keçirildi

05 mart 2025-ci il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva XI sinif şagirdləri ilə imtahan stressinin aradan qaldırılması məqsədilə maarifləndirici görüş təşkil etdi. Görüşdə imtahan stressi, imtahan stressinin səbəbləri və onu necə aradan qaldırmanın yolları haqqında danışıldı. G.Məstiyeva şagirdləri stressin aradan qaldırılması üçün bir neçə psixoloji texnikalarla tanış etdi. Həyəcanı yüksək olan şagirdlərlə söhbət aparıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.