Dərsdinləmələr keçirilir

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində şagirdlərin inkişaf dinamikasını, müasir təlim metodlarının tətbiqi prosesini öyrənmək məqsədilə müxtəlif siniflərdə Azərbaycan dili və ədəbiyyat fənnləri üzrə dərsdinləmələr keçirildi. Dərsdinləmələr məktəbin direktoru Venera Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov və fənn müəllimlərinin iştirakı ilə keçirildi. Dərsdinləmələr keçirildikdən sonra dərslərin müzakirəsi təşkil olundu və müəllimlərə müvafiq metodik tövsiyələr verildi.