Dəyirmi masa keçirildi

26 fevral 2025-ci il tarixdə "Xocalı faciəsinin 33-cü ildönümü" ilə əlaqədar məktəbin kitabxanasında dəyirmi masa təşkil olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Vəfa Babayeva Xocalı soyqırımı barədə ətraflı məlumat verdi. V.Babayeva vurğuladı ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Daha sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər. Həmçinin,videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi