Müəllim uğuru

15 fevral tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu" keçirilmişdi. Forumda məktəbimizin ibtidai sinif müəllimləri Təranə Ağabəyova, Sevinc Həşimova, Rövşanə Cəfərova da iştirak etdilər. Forumun məqsədi müəllimləri süni intellekt haqqında maarifləndirmək idi. Gənc İbtidai Sinif Müəllimlər birliyinin koordinatoru Təranə Ağabəyova forumda təlimçi qismində iştirak edərək ibtidai sinif müəllimlərinə "Süni intellektin təhsildə tətbiqi" adlı təlim keçdi. Təlim zamanı bir çox süni intellekt proqramı haqqında həm nəzəri, həm də praktiki biliklərini, öz təcrübələrini müəllimlərlə paylaşdı. Sonda AGMA-da göstərdiyi fəaliyyətinə görə sertifikatla təltif olundu. Hər bir müəllimimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi