Maarifləndirici görüş keçirildi

12 fevral 2025-ci il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva IX sinif şagirdləri ilə reproduktiv sağlamlıq mövzusunda maarifləndirici görüş təşkil etdi. Günay Məstiyeva şagirdlərə reproduktiv sağlamlıq nədir, reproduktiv sağlamlığın həyatın bütün mərhələlərində reproduktiv proseslərə, funksiyalara və sistemlərə necə təsir göstərdiyi haqqında geniş məlumat verdi. Daha sonra şagirdlərə mövzu ilə əlaqədar test paylanıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.