Dəyirmi masa keçirildi

07 fevral 2025-ci il tarixdə məktəbin kitabxanasında tarix müəllimi Vəfa Babayeva 8b sinif şagirdləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar dəyirmi masa təşkil etdi. Vəfa Babayeva çıxış edərək vurğuladı ki, Mübariz İbrahimov Azərbaycan gəncləri üçün vətənpərvərliyin rəmzi hesab olunur. Mübariz İbrahimovun qəhrəmanlığı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və onun adı daim xalqın yaddaşında qalacaq. Daha sonra şagirdlər Milli Qəhrəmanın həyat yolu barədə məruzələrlə çıxış etdilər. Həmçinin, videoçarxlar nümayiş olundu.