Pedaqoji şuranın iclası keçirildi

05 fevral 2025-ci il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi. I yarımilin yekunları barədə məlumat verdi. Müxtəlif siniflərdə keçirilən monitorinq imtahanlarının nəticələri, buraxılış siniflərində buraxılış imtahanı fənlərinin tədrisi, elektron jurnal işlənmə dinamikası, şagirdlərin davamiyyəti və nizam-intizam məsələləri müzakirə olundu. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, metodbirləşmə rəhbərlərinin hesabatları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi