Məktəbin kitabxanasına ekskursiya

03.02.2025-ci il tarixdə məktəbin 1ç sinif müəllimi Rövşanə Cəfərova şagirdləri ilə birlikdə Azərbaycan dili dərsində “Balalara hədiyyə” mövzusunu həyatla əlaqələndirmək məqsədilə məktəbin kitabxanasında ekskursiyada oldular. R.Cəfərova şagirdlərlə mütaliənin əhəmiyyəti barədə söhbət apardı. Daha sonra şagirdlər uşaq ədəbiyyatı yazıçılarının və şairlərinin əsərləri ilə tanış oldular. Ekskursiya şagirdlərin marağına səbəb oldu.