Musiqi gecəsi

24 yanvar 2025-ci il tarixdə musiqi fənn aylığı çərçivəsində məktəbin musiqi müəllimi Validə Əlizadə “Leyli və Məcnun” operasının ilk dəfə səhnəyə qoyulması ilə əlaqədar tədbir təşkil etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəbin direktoru Venera Mustafayeva çıxış edərək istedadlı şagirdlərin üzə çıxarılmasında V.Əlizadənin rəhbərliyi atlında məktəbdə fəaliyyət göstərən "Qaytağı" xor dərnəyinin fəaliyyətini müsbət qiymətləndirdi. Tədbirin davamında dərnək üzvlərinin çıxışında mahnılar səsləndirildi, rəqslər və səhnəcik nümayiş etdirildi.