20 Yanvar-Azadlığa gedən yol

17 yanvar 2025-ci il tarixdə "20 Yanvar faciəsinin 35-ci ildönümü" ilə əlaqədar bu gün ilk dərslər 20 Yanvar faciəsinə həsr olundu. Dərslər Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsil qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.

Qeyd olunub ki, öz suverenliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini təcəssüm etdirən 20 Yanvar Azərbaycanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Milli qürur günü kimi tarixə yazılan 20 Yanvarı və bu tarixi yazanların unudulmaması, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib. Şagirdlərə 20 Yanvar hadisələrinə hərs olunmuş videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi