Xüsusi dərs keçirildi

17 yanvar 2025-ci il tarixdə "20 Yanvar faciəsinin 35-ci ildönümü" ilə əlaqədar məktəbin tarix müəllimi Vəfa Babayeva 6c sinfində xüsusi dərs keçdi. V.Babayeva şagirdlərə faciənin tarixi barədə ətraflı məlumat verdi. O vurğuladı ki, 20 Yanvar hadisələri zamanı göstərilən qəhrəmanlıq, Azərbaycan suverenliyinə və müstəqilliyinə yol açan əsas amillərdən biridir. Daha sonra şagirdlərə videoçarxlar nümayiş olundu.