20 Yanvar Ümumxalq Hüzn Günüdür

17 yanvar 2025-ci il tarixdə "20 Yanvar faciəsinin 35-ci ildönümü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən məktəbin tarix müəllimi Vəfa Babayeva vurğuladı ki, 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Tədbirin davamında şagirdlər qanlı gecəyə həsr olunmuş şeirlər səsləndirdilər. Daha sonra məktəbin musiqi müəllimi Validə Əlizadənin rəhbərlik etdiyi "Qaytağı" xor dərnəyinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi