Maarifləndirici görüş keçirildi
08 yanvar 2025-ci il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva, məktəbin UBT rəhbəri Sevinc Ramazanova VIII sinif şagirdləri ilə məktəblinin davranış qaydaları mövzusunda maarifləndirici görüş təşkil etdilər. Görüşdə şagirdlərə özünüidarəetmə, mədəni, sağlam psixoloji məktəbli mühitinin formalaşması, təhlükəsiz şəraitdə təhsil almağın üstünlükləri mövzusunda söhbət aparıldı. G.Məstiyeva vurğuladı ki, şagird-müəllim münasibəti və şagirdin davranışı təlim-tədris prosesinin tərkib hissəsidir və bu məsələ şagird nailiyyətlərinin artmasında mühüm rol oynayır. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı..