Şagirdimizin uğuru

"31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəylik Günü” və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “İgidlər oylağı Naxçıvan” adlı məktəblər arasında güləş idman növü üzrə keçirilən yoldaşlıq görüşündə məktəbin 4d sinif şagirdi Əli İsmayılov qalib gələrək I yer qazanmışdır. Şagird qızıl medal və diplomla təltif olunmuşdur. Şagirdimizi təbrik edirik və gələcək yarışlarda müvəffəqiyyətlər diləyirik.