Qalib sərkərdə

24 dekabr 2024-cü il tarixdə məktəbin tarix müəllimi Vəfa Babayeva şagirdlərin qarşısında "Qalib sərkərdə" adlı təqdimatla çıxış etdi. V.Babayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətləri barədə ətraflı məlumat verdi. Vurğuladı ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. İlham Əliyev bu dövrdə ölkənin həm siyasi, həm də hərbi lideri kimi mühüm rol oynadı. Daha sonra şagirdlərə videoçarxlar nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi