Maarifləndirici görüş keçirildi

24 dekabr 2024-cü il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva,təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, məktəbin həkimi Ruxsarə Quliyeva, biologiya müəllimi Vəsilə Muradlı IX sinif şagirdləri ilə "Gəncliyin ilk baharı" mövzusunda maarifləndirici görüş təşkil etdilər. Görüşdə yeniyetməlik dövrünün əsas əlamətləri, yeniyetmələrdə psixo-emosional və davranış dəyişiklikləri, bədəndə olan fiziki dəyişikliklər barədə söhbət aparıldı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.