Bilik yarışı keçirildi

23 dekabr 2024-cü il tarixdə biologiya fənn aylığı çərçivəsində məktəbin biologiya müəllimləri Yeganə Əliyeva və Vəsilə Muradlı 7-ci siniflər arasında "Botanika" mövzusunda bilik yarışı təşkil etdi. Şagirdlərə 45 dəqiqə ərzində 15 test sualı təqdim olundu. 7a sinfi yarışın qalibi oldu. Şagirdlərimizi təbrik edirik.