"Qədim türk diyarı-Naxçıvan" adlı intellektual oyun keçirildi

20.12.2024-cü il tarixdə məktəbin akt zalında tarix müəllimi Vəfa Babayeva 8-ci sinif şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Qədim türk diyarı-Naxçıvan" adlı intellektual oyun təşkil etdi. Həmçinin məktəbin tarix müəllimi Rəşad Mayılov müsabiqədə münsif qismində iştirak etdi. İlk olaraq şagirdlərə Naxçıvanın qədim abidələri haqqında videoçarx nümayiş etdirildi. Daha sonra intellektual oyuna start verildi. Oyunda 8b sinfi qalib gəldi. Tədbirin davamında məktəbin musiqi müəllimi Validə Əlizadənin rəhbərlik etdiyi "Qaytağı" xor dərnəyinin ifasında səsləndirilən "O Naxçıvandır" adlı mahnı tədbirə xüsusi rəng qatdı.