Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirildi

20.12.2024-cü il tarixdə "Məktəblərdə Naxçıvan ayı" layihəsi çərçivəsində məktəbin kitabxanasında kitabxana müdiri Aynur İbişova, Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Xəlilova “Kitab klubu”nun üzvlərinə mövzu ilə bağlı sənədli film nümayiş etdirdilər. Sənədli filmdə Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri, Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr haqqında məlumat verildi. Film şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi