Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edildi

18 dekabr 2024-cü il tarixdə kitabxana müdiri Aynur İbişova məktəbin kitabxanasında 8a sinfi ilə birlikdə tarix müəllimləri Vəfa Babayeva, Rəşad Mayılov, Nərmin Qənbərovanın iştirakı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən dəyirmi masa təşkil etdi. Vəfa Babayeva Naxçıvan Muxtar Respublikasının yaranma şəraiti, muxtar respublika yarandıqdan sonra geosiyasi vəziyyyəti, Naxçıvanın qədim zamanlardan bu günə kimi keçdiyi tarixi yol, qədim abidələri, tarixi şəxsiyyətləri haqqında ətraflı məlumat verdi. Tədbirin davamında şagirdlərin çıxışında təqdimatlar dinlənildi. Daha sonra mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi