"Yol hərəkəti qaydaları"na həsr olunmuş tədbir təşkil edildi
16.12.2024-cü il tarixdə məktəbin 2b sinif müəllimi Gülbəniz Mayılova şagirdləri ilə birlikdə məktəbin akt zalında "Yol hərəkəti qaydaları"na həsr olunmuş maarifləndirici tədbir təşkil etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxış edərək vurğuladı ki, bu səpkidə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Tədbirdə azyaşlı şagirdlər yol hərəkəti qaydalarını izah edən müxtəlif səhnəciklər nümayiş etdirdilər, məlumat xarakterli çıxışlar etdilər. Əsas fikir olaraq şagirdlərə məlumat verildi ki, yol hərəkəti qaydaları yolda, küçədə insanların təhlükəsizliyini təmin edir, onların həyatını qoruyur.