"Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi" ziyarət edildi

16.12.2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Təranə Ağabəyova 3b sinif şagirdləri ilə birlikdə Binəqədi rayonunda yerləşən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi”ni ziyarət etdilər. Qeyd edək ki, mərkəzdə 26-dan çox məktəbli və azyaşlı uşaqlar qalır. Ziyarətin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqları sevindirmək, onlara dəstək olmaq və onlardan qayğını əsirgəməməkdir.