Şəhid ailəsi ziyarət edildi

Bu gün Vətən müharibəsi şəhidi Murad Məmmədovun ailəsi ziyarət edildi. Məktəbin müəllimləri şəhid Murad Məmmədovun evində oldular. Görüşdə şəhidimizin əziz xatirəsi yad edilmiş, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.