Maarifləndirici görüş keçirildi

13 dekabr 2024-cü il tarixdə məktəbin psixoloqu Günay Məstiyeva, məktəbin həkimi Ruxsarə Quliyeva VIII sinif şagirdləri ilə akt zalında "Şagirdlərdə gigiyena qaydaları və sağlam qidalanma bacarıqları"nın formalaşdırılması ilə bağlı maarifləndirici görüş təşkil etdilər. Günay Məstiyeva sağlamlığa mənfi təsir edən amillər, sanitar-gigiyena qaydaları, gün rejimi, sağlam yuxu və s. mövzularda ətraflı məlumat verdi. Həkim Ruxsarə Quliyeva çıxış edərək vurğuladı ki, şəxsi gigiyena qaydalarını bilməklə və onlara müntəzəm əməl etməklə bir çox xəstəliklərdən, bakteriya və infeksiyalardan, dəri problemlərindən uzaq olmaq olar. Daha sonra mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.