Dəyirmi masa keçirildi

12 dekabr 2024-cü il tarixdə məktəbin kitabxanasında tarix müəllimi Vəfa Babayeva 8b sinif şagirdləri ilə birlikdə Ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa təşkil etdi. Vəfa Babayeva çıxış edərək vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. V.Babayeva qeyd etdi ki, Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Daha sonra şagirdlər dahi liderin həyat yolu barədə məruzələrlə çıxış etdilər. Həmçinin, videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi