"Dahi sərkərdə" adlı tədbir keçirildi

12 dekabr 2024-cü il tarixdə məktəbin akt zalında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Dahi sərkərdə" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu öndər Heydər Əliyev əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin Azərbaycan dili müəllimi Aytəkin Xəlilovanın 9c sinif şagirdləri ilə birlikdə hazırladığı tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva vurğuladı ki, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Tədbirin davamında şagirdlərin çıxışında dahi liderə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu, səhnəcik, videoçarxlar nümayiş etdirildi.